köməkçi enerji

ру вспомогательная энергия en auxiliary energy de Hilfsenergie fr énergie auxiliaire es energía auxiliar it energia ausiliare
köməkçi elektrik qızdırılması
köməkçi güzgü
OBASTAN VİKİ
Köməkçi enerji blokları
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi. Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
Enerji
Enerji (ἐν = daxili, və ἔργον = təsir etmək) — fiziki kəmiyyət. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Beynəlxalq ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir. Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən ortaya atılır. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi.
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Köməkçi kompüter
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Köməkçi materiallar
Köməkçi materiallar və ya yardımçı materiallar — istehsal prosesi üçün zəruri olan, lakin son məhsulda maddi formada olmayan materiallar. Yardımçı materiallar texnoloji prosesi təmin etmək üçün zəruridir — avadanlıqların istismarını və digər texnoloji ehtiyacları təmin etmək: sürtkü yağları, işçi mayelər, qoruyucu materiallar, katalizatorlar, qablar və s. Materiallar arasında köməkçi və əsas olanlara ciddi bölünmə yoxdur. Eyni material bir istehsalda əsas material, digərində isə köməkçi ola bilər. Məsələn, ağac mebel istehsalında əsas material, tökmə istehsalında isə tökmə qəliblərinin yaradılması üçün istifadə olunan köməkçi materialdır. Materialın köməkçi material kimi təsnif edilməsinin əsas əlaməti onun hazır məhsulda olmamasıdır. Həmçinin, köməkçi materialları tullantılarla qarışdırmaq olmaz, çünki tullantılar əsas materialların emalı (təkrar emalı) nəticəsində əmələ gəlir. Müəyyən həcmdə hazır məhsulların istehsalı üçün lazım olan köməkçi materialların miqdarı qeyri-xətti (əsas materiallardan fərqli olaraq) normallaşdırılır, çünki, məsələn, metalların mexaniki emalı üçün kəsici mayelər texnoloji avadanlıqların istismarı zamanı nəinki təbii olaraq azalır, həm də istifadə müddəti var, bundan sonra avadanlığın işləmə müddətindən asılı olmayaraq onlar tamamilə yeniləri ilə əvəz olunur.
Alternativ enerji
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr (Kriota,Fələstin Senüar Azərbaycan və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir.
Azərbaycanda enerji
Azərbaycanda enerji – enerji və elektrik istehsalı, istehlakı və ixracını təsvir edir. XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5–50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar — "Simens ± Qalske", "AEQ" və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə "Elektrik gücü" aksioner (səhmdar) cəmiyyəti yaradılır. 1900-cü ilin martında "Elektrik gücü" AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: "Belqorod" — 6000 L.s., və Bibi-Heybət — 1000 l.s. (sonralar o "Krasnaya zvezda" İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında "Zulcer" firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, "Lezner" firmasının 2000 l.s.
Başqırdıstanda enerji
Başqırdıstanda enerji — Başqırdıstan Respubilkasının iqtisadiyyatının əsas sahələrindən biri. Respublika üzrə fəaliyyətdə olan bütün enerji stansiyaların gücü 4 295 MVt təşkil edir. Başqırdıstanın enerji sahəsi daha çox hərtərəfliyi ilə diqqəti cəlb edir. Demək olar ki, bütün enerji istehsal növləri mövcuddur: İES, SES, KES,GES və DRES == Tarixi == Başqırdıstanda ilk elektrik stansiyası XIX əsrdə qurulub. 1 fevral 1898 -ci ildə 560 kilovatt gücündə olan Başqırd elektrik stansiyası işə düşümüş. 29 avqust 1931-ci ildə Ufada mərkəzi elektrik stansiyası istifadəyə verilmiş (MES). SSRİ-də, eləcə də Başqırdıstanda QOELRO (ölkənin elektrikləşdirmə planı) həyata keçirilmiş. 1958-ci ildən Başqırdıstan SSRİ-nin vahid elektroenergetika sisteminə qoşulmuş. Respublikada Ufim İEM-3, Kumertaus İEM tikilmiş. 90-cı illərdən ölkədə külək elektrik stansiyaları tikilməyə başlanıldı — «Vetroen» (Ufa), kiçik SES. XXI əsrin əvvələrində Başqırdıstan Respublikasında səkkiz kiçik və mikro SES-lər (50-700 KVt) tikilib istifadəyə verildi.
Dayanıqlı enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Enerji böhranı
Enerji böhranı enerji qaynaqlarının tərkibində yaranan darboğaz və ya qiymət artımı sonra ortaya çıxan vəziyyətə verilən addır. Məşhur ədəbiyyatda xüsusilə elektrik şəbəkələrində və avtomobillər üçün yanacaq tədarükü çətinliyi üçün istifadə olunur. Son illərdə sənaye inkişaf və əhali artımıyla birlikdə enerji üçün qlobal tələb böyük bir artım göstərmişdir. Dünyanın ehtiyaclarını qarşılayacaq miqdarda kifayət qədər enerji olacaq mı?McKinsey Qlobal İnstitutu, günümüzdən 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin tələbinin dünya enerji tələbinin haradasa 80-%ini meydana gətirəcəyini, bu tələbin 32-%nin Çindən, 10-%sə Orta Şərqdən qaynaqlanacağını nəzərdə tutur. MİT-in (Massachusetts Institute of Technology) etdiyi bir araşdırma, dünya səviyyəsində enerji tələbinin 2050-ci ilə qədər günümüzdəkilərin üç qatına çıxa biləcəyini təxmin etməkdədir. İlk neft böhranı, 1973–74də meydana gəldi. 1973 Ərəb-İsrail müharibəsi, neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə ittifaqlıq edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Sənayeləşmiş ölkələr: Daha yüksək neft qiymətləri aşağı nisbətli iqtisadi böyüməyə, daha yüksək bir inflyasiya nisbətinə, böyük ticarət açıqlarına və işsizliyin artmasına səbəb oldu. Bunlar, milli barışığı poza bilər və siyasi sistemin sabitlik və hökumətini baltalayabilər. İnkişaf etməkdə olan dünya: İnkişaf etməkdə olan ölkələrdə idxal edilən neftin qiyməti də artdı və bu vəziyyət bəzilərinin ehtiyac duyduqları neftin ödənişini ödəyə bilmək üçün nəhəng borclar altına girməsinə səbəb oldu.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Enerji supergücü
Enerji super gücü (ing. Energy superpower) — digər ölkələrə xam neft, təbii qaz, kömür və s. kimi böyük miqdarda enerji ehtiyatları verən və nəticədə, dünya bazarlarına siyasi və ya iqtisadi üstünlük əldə etmək üçün təsir etmə potensialına malik olan ölkə. Enerji super güc ölkələrinə Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, İran və Venesuela daxildir. ABŞ böyük şist qaz ehtiyatlarına görə potensial enerji gücü kimi qeyd olunur.
Ermənistanda enerji
Ermənistada enerji — Ermənistan iqtisadiyyatının bir qolu. 2014-cü ilin sonunda ölkədə 7,75 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdir. Adambaşına istehlak təxminən 2037 kVt/saat təşkil edir. 2012-ci ilin məlumatlarına görə ölkədə elektrik enerjisinin ən böyük payı istilik elektrik stansiyalarının (İrəvan və Razdan) — 42 %, ardınca su və külək elektrik stansiylarının — 29% -dən çox — və Metsamor Atom Elektrik Stansiyasının — 29% -dən az — payına düşür. SSRİ dağılmazdan əvvəl Ermənistan enerji sistemi Zaqafqaziyanın vahid enerji sisteminin tərkib hissəsi idi. Bu da öz növbəsində SSRİ-nin vahid enerji sisteminin bir hissəsi idi. Ermənistanın enerji sektoru elektrik enerjisi ixracatçısı olarkən digər Sovet respublikalarından gətirilən yanacaqdan (qaz, yanacaq yağı, nüvə yanacağı) istifadə edirdi. 1960–1970-ci illərdə tikilən istilik elektrik stansiyaları (İES) və 1977-ci ildə işə salınan Metsamor Atom Elektrik Stansiyası (AES) regional əhəmiyyət daşıyırdı (bu xüsusilə AES-lərə aiddir). 1989-cu ildən bu yana Zaqafqaziyanın enerji sistemləri bölündü, lakin 1996-cı ildə ikinci nüvə enerji qurğusunun yenidən işə salınması, enerji sektorundakı struktur islahatları və İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi qonşu ölkələrə, xüsusən də Gürcüstan və İrana elektrik enerjisi ixracına imkan verdi. Bu Gürcüstana elektrik enerjisi çatışmazlığını qismən ödəməyə, Ermənistan isə mövcud elektrik enerjisi istehsal gücündən istifadə etməyə imkan verir.
Geotermal enerji
Geotermal enerji — bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində yerin təkindən daxil olur. Geotermal enerji yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarətdir.
Hidroelektrik enerji
Hidroelektrik enerji — sürətlə axan suyun enerjisiylə çevirilən elektrik generatorlarından əldə edilən elektrikdir. Hidroelektrik enerji stansiyaları içmə, istifadə etmə ya da sənaye suyu təmin etmək məqsədiylə çayların önü kəsilərək yaradılan su anbarında qurulmaqdadır. Hidroelektrik stansiyanın ana hissələri cəbri borular, hidrolik turbinlər, generatorlar, transformatörler ilə su axışını və elektrik enerjisi paylamasını nəzarət edən köməkçi təchizatlardır. Cəbri borular suyu aşağıya doğru turbinlərə çatdıran böyük borular ya da tunellərdir. Turbinlər, axan suyun hidrolik enerjisini mexaniki enerjiyə çevirən maşınlardır. Transformatörler üreteçlerden əldə edilən alternativ gərginliyi uzaq məsafələrə çatdırmaq üzrə çox yüksək gərginlik dəyərlərinə yüksəltməkdə istifadə edilər.
Kinetik enerji
Kinetik enerji — cismin və ya zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Kinetik enerji cismin kütləsi ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir: Ek=mv2/2 Kinetik enerji haqqında teorem: Sabit qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir. Kinetik enerji cismin kütləsindən və sürətindən asılıdır. Cismin kinetik enerjisi müsbət skalyar kəmiyyətdir. Kinetik enerjini həmçinin: Ek= pv/2 kimi ifadə etmək olar.
Potensial enerji
Potensial enerji termini ilk dəfə Şotland mühəndisi və fiziki Villiam Renkin tərəfindən XIX əsrdə elmə daxil edilmişdir. Potensial enerji U-maddi cismin konservativ qüvvələr sahəsində yerləşməsi hesabına iş görmə qabiliyyətini xarakterizə edən skalyar fiziki kəmiyyətdir. BS-də enerjinin ölçü vahidi Coul qəbul edilmişdir. Yerin cazibə sahəsində Ep aşağıdakı düsturla hesablanır: E p = m g → h {\displaystyle \mathrm {Ep=m{\vec {g}}h} } m- cismin kütləsi, g- sərbəst düşmə təcili, h- şərti qəbul edilmiş sıfır səviyyəsindən cismin ağırlıq mərkəzinə qədər olan hündürlükdür.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qazaxıstanda enerji
Qazaxıstan energetikası— Qazaxıstanda enerji və elektrik enerjisi istehsalı, istehlak və idxalı təsvir edir. Qazaxıstanın enerji siyasəti Qazaxıstanın enerji ilə əlaqəli siyasətini təsvir edir. Qazaxıstan böyük enerji ehtiyatlarına (neft, qaz, kömür, uran) malikdir və enerji dövlətidir. 2017-ci ilin sonunda Qazaxıstanda elektrik enerjisi istehsalının həcmi 103,14 milyard kVt / saat (2018-ci ilin sonunda 106,8 milyard kVt / saat [1]) təşkil etdi. Qazaxıstan elektrik enerjisinin xalis ixracatçısıdır. 2017-ci ildə elektrik enerjisi istehsalında profisit 4,53 milyard kVt / saat təşkil etmişdir. Qazaxıstan xalis enerji ixracatçısıdır. Qazaxıstanda neft, qaz, kömür və uran ehtiyatları var. Qazaxıstan Müstəqil Dövlətlər Birliyində (MDB) lider enerji istehsalçısıdır. Dünyanın ən böyük uran filizi istehsalçısı və ixracatçısı olmaqla yanaşı, əsas neft, qaz və kömür istehsalçısıdır.
Türkiyədə enerji
Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir. Enerjinin dəyişikliyə və çevrilməyə məruz qalmamış vəziyyətinə ilkin enerji mənbələri deyilir: neft, təbii qaz, kömür, hidravlik, nüvə, biokütlə, qabarma və çəkilmə, külək və günəş enerjisi kimi. İlkin enerji məhsullarının istehsalı ilə ikinci dərəcli enerji mənbələri əldə edilir: Elektrik, dizel, benzin, daş kömür, petrokok, LPG kimi. Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur. İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir.
Təmiz enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Yaşıl enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Kimyəvi enerji
Kimyəvi enerji — kimyəvi reaksiya zamanı yaranan və ya digər maddələrə çevrilən bir maddənin potensialıdır. Kimyəvi rabitələrin yaranması və ya məhvi enerjinin ayrılması ( ekzotermik reaksiya ) və ya udulması ( endotermik reaksiya ) ilə baş verir. Populyar ədəbiyyatda kimyəvi enerji termini ən çox ekzotermik reaksiya nəticəsində bir maddə və ya maddələr qarışığının buraxdığı enerjiyə aiddir. Kimyəvi termodinamikada kimyəvi potensial termini istifadə olunur. Daha dar mənada yanacağın yanmasından əldə edilən kimyəvi enerjiyə xüsusi yanma istiliyi deyilir.
Gürcüstanda enerji
2016-cı ildə Gürcüstanın ümumi ilkin enerji təchizatı (TPES) 4,793 Mtoe təşkil etmişdir. 2016-cı ildə elektrik enerjisi istehlakı 11,5 TVt/saat olmuşdur. Elektrik enerjisi istehsalı 11,6 TVt/saat olmuşdur. Bunun da 81 faizi su elektrik enerjisindən, 19 faizi təbii qazdandır. Gürcüstan 2030-cu ilə qədər davamlı biokütlə idarəçiliyi təcrübələrini həyata keçirmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Ölkənin ətraf mühitə zərər verə biləcək daha az istixana qazları istehsal etməklə yanaşı, yaradılan bərpa olunan enerjini də artırmağa davam edəcək. Gürcüstanda külək enerjisi 20 MVt gücündə olan və tikintisi 2013-cü ildə tamamlanan bir külək enerjisi stansiyasından ibarətdir. Hal-hazırda yeganə mövcud külək stansiyası Şida-Kartli diyarında, onun regional paytaxtı Qori şəhəri yaxınlığında yerləşir. Gürcüstan hökumətiTbilisi yaxınlığında yeni dəniz külək stansiyasının yaradılmasını planlaşdırır. Növbəti illərdə hökumət külək enerjisini 20%-ə yüksəltmək üçün mövcud külək stansiyalarının sayını artırmaq üçün bir plan yaratmışdır.